BEGOC-un tərkibində "Növbətçilər otağı" yaradılır

 BEGOC-un tərkibində "Növbətçilər otağı" yaradılır
# 29 may 2015 12:22 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. I Avropa Oyunları zamanı Əməliyyat Komitəsinin (BEGOC) tərkibində "Növbətçilər otağı" yaradılacaq.

APA-Economics” xəbər verir ki, bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyində I Avropa Oyunlarına hazırlığın vəziyyəti üzrə keçirilən iclas zamanı Xüsusi Dövlət Mühafizəsi Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin rəis müavini İlqar Musayev bildirib.

“Əməliyyat Komitəsinin ”Növbətçilər otağı”nda Xüsusi Dövlət Mühafizəsi Xidmətinin, Rabitə və Yüksək Texnologiyalar və Milli Təhlükəsizlik Nazirliklərinin əməkdaşları öz sahəsində yaranacaq problemlərin yerində araşdırılması ilə bağlı 24 saat fəaliyyət göstərəcəklər”, - deyə rəis müavini bildirib.

İ. Musayevin sözlərinə görə, dövlət qurumlarının və I Avropa Oyunlarının sponsor saytlarında, o cümlədən rəsmi saytda olan boşluqlarla bağlı da həmin qurumlara müvafiq xəbərdarlıqlar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR