Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının tərkibi yenidən formalaşdırılıb

Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının tərkibi yenidən formalaşdırılıb
# 01 fevral 2017 09:06 (UTC +04:00)

Bu gün Milli Məclisin plenar iclasında Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının yenidən təşkil edilməsi barədə məsələlər müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, hər iki məsələ müzakirəyə çıxarılaraq qəbul edilib.

İntizam komissiyasının tərkibinə millət vəkilləri Ağacan Əbiyev, Xanlar Fətiyev, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa və Kamran Nəbizadə, Hesablayıcı komissiyanın tərkibinə Fəttah Heydərov, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Oruc, Sədaqət Vəliyeva və Mixail Zabelin daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR