Şimali Koreya ballistik raketi sınaqdan keçirib - YENİLƏNİB

Şimali Koreya ballistik raketi sınaqdan keçirib - <span style="color: red;">YENİLƏNİB
# 04 iyul 2017 05:11 (UTC +04:00)

Şimali Koreyanın ölkənin qərb sahilindən buraxdığı orta mənzilli ballistik raket 930 km qət edib.

APA-nın xəbərinə görə, bu barədə “Kiodo” agentliyi Cənubi Koreya müdafiə nazirliyinə istinadən xəbər verib.

40 dəqiqə ərzində uçan raket Yaponiyanın Yapon dənizindəki xüsusi iqtisadi zonasına düşüb. İlkin məlumata əsasən, Yaponiyanın hava və dəniz gəmilərinə ziyan dəyməyib. Buraxılan raketin qitələrarası olmadığı bildirilir.

***

05:11

Bu gün Şimali Koreya növbəti dəfə ballistik raketi sınaqdan keçirib.

APA-nın məlumatına görə, bu barədə NHK telekanalı Cənubi Koreya müdafiə nazirliyinə istinadən xəbər verib.

Raket Phönan-Pukto əyalətində yerləşən poliqondan buraxılıb. Tipi məlum olmayan raket Yapon dənizi akvatoriyasına düşüb. Sınaqların nəticələri barədə hələ ki, məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR