Türkiyədə ABŞ hərbi təyyarəsinə hücum planlaşdıran rusiyalı yaxalanıb
10 avqust 2017 10:51 (UTC +04:00)
Türkiyədə ABŞ hərbi təyyarəsinə hücum etməyə hazırlaşan Rusiya vətəndaşı yaxalanıb.
APA-nın "Sabah" qəzetinə istinadən verdiyi xəbərə görə, İŞİD üzvü olduğu ehtimal edilən Renat Bakiyev adlı rusiyalı ABŞ təyyarəsinə pilotsuz uçuş aparatı vasitəsilə hücum etməyi planlaşdırıbmış.
Polis Bakiyevin "Telegram" sosial şəbəkəsində digər İŞİD üzvü ilə yazışmasını aşkarlayıb. Yazışmada Türkiyədəki İncirlik hərbi bazasında olan ABŞ hərbi təyyarələrinə hücum təşkil etmək üçün pilotsuz uçuş aparatının alınmasından bəhs olunur. Saxlanılan şəxs daha əvvəl velosipedlə hərbi bazanın ətrafında kəşfiyyat aparıb.
R. Bakiyevin vaxtilə qanunsuz olaraq Suriyaya keçmək istəyərkən saxlanılaraq deportasiya edildiyi, lakin daha sonra yenidən Türkiyəyə daxil olduğu bildirilir.
Avropa
Moldova və Ukrayna Rusiya qazının Dnestryanıya tranzitinə mane olmamaq barədə razılığa gəliblər
04:29
31 may 2024
Orban: "Ukraynaya dair sülh danışıqlarına Rusiya və ABŞ rəhbərlik etməlidir"
02:36
31 may 2024
Almaniya Ukraynaya yeni hərbi yardım paketi vəd edib
00:50
31 may 2024
Makron İsveçrədə Ukraynaya dair konfransda iştirak edəcək
23:27
30 may 2024