Cənubi Kiprdə prezident seçkilərinin ikinci turu keçirilir

Cənubi Kiprdə prezident seçkilərinin ikinci turu keçirilir
# 04 fevral 2018 06:12 (UTC +04:00)

Bu gün Cənubi Kiprdə prezident seçkilərinin ikinci turu keçirilir.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, səsvermə yerli vaxtla saat 7.00-da başlayıb.

Qeyd edək ki, 9 namizədin iştirak etdiyi prezident seçkilərinin ilk turu yanvarın 28-də keçirilib. İlk turda namizədlərdən ikisi - hazırkı prezident Nikos Anastasiadis və sol yönümlü AKEL partiyasının namizədi Stavros Malas müvafiq olaraq 35,5% və 30,25% səs toplayaraq ikinci tura çıxıb.

Səsvermə saat 18.00-da başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR