Astarada ərlə arvad arasında münaqişə qonşunun qətli ilə nəticələnib - YENİLƏNİB

Astarada ərlə arvad arasında münaqişə qonşunun qətli ilə nəticələnib - <span style="color: red;">YENİLƏNİB
# 14 sentyabr 2017 21:39 (UTC +04:00)

Astarada ailə münaqişəsi zamanı ər və arvadı sakitləşdirməyə gələn qonşu bıçaqlanaraq öldürülüb. APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Astaranın Ərçivan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 32 yaşlı Ağarəhim Kərimov qonşusunun evindən dava-dalaş səslərini eşidərək onların həyətinə gəlib. O, 48 yaşlı Əfqan Rəhimovla onun həyat yoldaşı 49 yaşlı Xanım Rəhimova arasında ciddi mübahisənin getdiyini görərək, tərəfləri sakitləşdirməyə çalışıb. Bu zaman Ə.Rəhimov əvvəlcə həyat yoldaşı Xanım Rəhimovaya, daha sonra isə A.Kərimova bıçaq zərbələri endirib.

Hər iki yaralı Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, döş qəfəsindən vurulan A.Kərimovun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralı Xanım Rəhimovaya isə tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.

Astara RPŞ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində qətli törədən Ə.Rəhimov saxlanılaraq istintaqa təhvil verilib. Cinayət işinin istintaqını rayon prokurorluğu araşdırır.

*** 21.49

Astarada 32 yaşlı kişi qətlə yetirilib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Astaranın Ərçivan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1985-ci il təvəllüdlü Ağarəhim Abdulrəhim oğlu Kərimov həmkəndlisi Əfqan adlı şəxs tərəfindən bıçaqlanıb. Dərhal yaralı Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əməliyyata götürülən A.Kərimov həkimlərin səyinə baxmayaraq keçinib. Hadisəni törədən şəxsin saxlanıldığı deyilir.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR