“Moody’s” “Unibank”a reytinq verib

“Moody’s” “Unibank”a reytinq verib
# 07 aprel 2015 08:05 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Moody’s Investors Service” beynəlxalq agentliyi “Unibank” ASC- nin reytinq qiymətləndirməsi üzrə proqnozlarını “pozitiv” kimi təsdiqləyərək, bankın 2014 -cü ildən bu günə qədər reytinqini “B2” səviyyəsində qoruyub saxladığını bir daha təsdiq edib.

Bu barədə “APA-Economics”ə bankdan məlumat verilib.

“Unibank”ın maliyyə direktoru Emin Rəsulzadənin sözlərinə görə, beynəlxalq agentliyin bu qərarı, “Unibank”ın bazarda olan iqtisadi çağırışlara hazırlığının yüksək olduğunun bir daha sübutudur. E. Rəsulzadə bankın bu mövqedə stabilliyini təmin edən əsas səbəblərin bankın yaxşı kapitallaşması, adekvat idarəetmə sistemlərinin və risklərin yüksək səviyyədə idarə edilməsi olduğunu bildirib.

“Moody's " beynəlxalq reytinq agentliyi "Unibank" ASC-nin uzunmüddətli öhdəliklər reytinqini "B2" səviyyəsində təsdiqləməklə, bankın maliyyə davamlılığı reytinqinin səviyyəsi isə "E+" səviyyəsində qiymətləndirilib. Agentlik ekspertlərinin rəyində yüksək maliyyə göstəriciləri, çoxsahəli maliyyə profili, girovsuz istehlakçı kreditlərinin yüksək artımı və pərakəndə müştərilərin aktivliyinə görə, “Unibank”ın Azərbaycanın öndə gedən banklarından və ölkənin 5 ən böyük bankından biri olduğu vurğulanır. "Moody's" ekspertləri iddia edirlər ki, bankın reytinqinin əlavə olaraq artırılmasının mümkünlüyü gələcək maliyyə göstəricilərinin sabit artımından asılı olacaq.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, “Unibank”ın saytından (http://www.unibank.az) və yaxud bankın Facebook səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR