Ciddədə İƏT-ə üzv dövlətlərin nazirlərinin konfransı keçirilir

Ciddədə İƏT-ə üzv dövlətlərin nazirlərinin konfransı keçirilir
# 09 fevral 2017 09:00 (UTC +04:00)

Səudiyyə Ərəbistanın Ciddə şəhərində İƏT-ə üzv dövlətlərin nazirlərinin evlilik və ailə institutu kimi dəyərlərin qorunmasına həsr olunmuş konfransı keçirilir.

Ailə, Qadın və Uşaq problemləri üzrə dövlət komitəsindən APA-ya verilən məlumata görə, konfransda Azərbaycanı sözügedən qurumun sədri Hicran Hüseynova təmsil edir.

Komitənin informasiya-analitik araşdırmalar şöbəsinin müdiri Elgün Hüseynov bildirib ki, İƏT ölkələrinin nümayəndələri ilə görüşən H. Hüseynova konfransda çıxış edəcək.

H. Hüseynova çıxışı zamanı bir milyon qaçqın və məcburi köçkünlərin problemlərinə, Xocalı faciəsinə toxunacaq. Konfrans iştirakçılarının diqqətinə Azərbaycanın təcrübəsi, xüsusilə də ailənin möhkəmləndirilməsi, qadın və uşağın müdafiəsi, Azərbaycanın məişət zorakılığı ilə bağlı təcrübəsi çatdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR