SOCAR ötən il dünya bazarlarına çıxardığı neftin həcmini açıqlayıb

SOCAR ötən il dünya bazarlarına çıxardığı neftin həcmini açıqlayıb
# 10 aprel 2015 08:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “2014-cü ildə Azərbaycan dünya bazarlarına 35 mln. ton neft ixrac edib ki, bunun da 24,5 mln. tonu Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən həyata keçirilib. Bu isə ümumi ixracın 70%-ni təşkil edir”.

APA-Economics” xəbər verir ki, bunu bu gün Bakıda keçirilən 8-ci Beynəlxalq Xəzər neft-qaz, ticarət-nəqliyyat konfransında SOCAR-ın marketinq və iqtisadi əməliyyatlar idarəsinin şöbə müdiri Adil Abışov bildirib.

Onun sözlərinə görə, ixrac olunan neftin 82%-i Bakı-Tbilisi-Ceyhan, 12%-i Bakı-Supsa, 3%-i Bakı-Novorossiysk boru kəmərləri, 3%-i isə dəmir yolu vasitəsilə ilə nəql edilib.

A. Abışov bildirib ki, bu gün SOCAR-ın 30 ölkə ilə ticarət əlaqələri mövcuddur. “Azərbaycanın Avropa bazarında neft alıcıları İtaliya, Almaniya və Fransadır. SOCAR ixrac etdiyi neftin 20%-ni Asiya bazarlarına ötürür. Son zamanlar SOCAR-ın Orta Asiya və Əfqanıstan bazarı da genişlənib. SOCAR-ın ixrac etdiyi neftin 12%-i isə Gürcüstan bazarına yönəlib”, - deyə A. Abışov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR