Tramp: “Kimyəvi hücumun həyata keçirildiyi aerodroma zərbə endirdik”

Tramp: “Kimyəvi hücumun həyata keçirildiyi aerodroma zərbə endirdik”
# 07 aprel 2017 07:41 (UTC +04:00)

“Bu gün axşam mən Suriyada kimyəvi hücumun həyat keçirildiyi aerodroma məqsədyönlü hərbi zərbə endirilməsi üçün əmr verdim”.

APA-nın xəbərinə görə, bu sözləri ABŞ prezidenti Donald Tramp televiziya ilə Amerika xalqına müraciətində deyib. O, kimyəvi silahın yayılmasını əngəlləmək üçün bu əmri verdiyini və qərarın ABŞ-ın həyati vacib milli maraqlarına uyğun olduğunu söyləyib: “Suriyanın BMT Təhlükəsizlik Şurasının çağırışlarını inkar etdiyinə, kimyəvi silahın qadağan olunması barədə Konvensiya üzrə öhdəliklərini pozduğuna və kimyəvi silahdan istifadə etdiyinə heç bir şübhə yoxdur. Bu gün mən bütün sivil ölkələri Suriyada qan tökülməsinə, eləcə bütün növ terrorçuluğa son qoyulması cəhdlərimizə qoşulmağa çağırıram”.


Xatırladaq ki, bu gecə ABŞ-ın Aralıq dənizindəki hərbi gəmilərindən Əsəd ordusuna aid Şayrat aviabazasına 59 raket buraxılıb. Nəticədə aviabazanın uçuş-enmə zolağı, təyyarələrin dayanacağı və yanacaqdoldurma kompleksləri vurulub.

Qeyd edək ki, aprelin 4-də Bəşər Əsəd rejiminə aid hərbi təyyarələrin İdlib şəhərinə zərbələr endirməsindən sonra kimyəvi zəhərlənmə nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR