İrandan Azərbaycana daxili orqanlarında narkotik keçirən qadın saxlanılıb - FOTO

İrandan Azərbaycana daxili orqanlarında narkotik keçirən qadın saxlanılıb - FOTO
# 25 dekabr 2019 10:31 (UTC +04:00)

Xətai Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 36-cı Polis Bölməsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında paytaxt sakini İlhamə Kərimova metronun Həzi Aslanov stansiyasının yaxınlığında polislər tərəfindən saxlanılıb. Onun üzərinə baxış zamanı ümumi çəkisi 333,296 qram olan narkotik vasitə tiryək aşkar olunaraq götürülüb.

Araşdırma zamanı İlhamə Kərimova narkotik vasitəni bir müddət əvvəl İrandan Azərbaycana bədəninin daxilində və ayaqqabısının dabanında gizlədərək gizli yolla gətirdiyini etiraf edib.

Faktla bağlı saxlanılan şəxs barəsində Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR