Baş həkim: "Qadın məsləhətxanasına müraciət edənlərin 41-42%-i risk qrupuna daxil olan hamilələrdir"

Baş həkim: "Qadın məsləhətxanasına müraciət edənlərin 41-42%-i risk qrupuna daxil olan hamilələrdir"
# 08 avqust 2017 11:30 (UTC +04:00)

İl ərzində qadın məsləhətxanasına müraciət edənlərin 41-42%-i risk qrupuna daxil olan hamilələrdir.

APA-nın xəbərinə görə, Bakıdakı 9 saylı qadın məsləhətxanasının baş həkimi Tərifə İsgəndərova bildirib ki, onların arasında qan azlığı (anemiya) əsas üstünlük təşkil edir. Onun sözlərinə görə, riskli hamilələrdə ürək-damar sistemi qüsurları, böyrək patologiyaları, şəkərli diabet, varikoz genəlmələr və digər xəstəliklər də müşahidə olunur: “Bundan əlavə qeysəriyyə əməliyyatı keçirən qadınlar növbəti dəfə hamilə olduqda onlar risk qrupuna daxil edilir və onlar planlı qeysəriyyə əməliyyatına getməlidir. Bu qadınlara ambulator və stasionar xidmət daha ciddi nəzarət altında aparılır. Əgər hamilə qadın vaxtında, hamiləliyin ilk 5 – 11 həftəsi ərzində qadın məsləhətxanasına müraciət edirsə, tam müayinələrdən keçirsə, onda aşkarlanan patoloji halların vaxtında qarşısı alınarsa ana və uşaq ölümlərinin qarşısı alınar, sağla körpə dünyaya gəlmiş olar. Qadın müayinələrdən yayınarsa, həkimin verdiyi müalicədən imtina edilərsə, qadın məsləhətxanasına vaxtında gəlməzsə, bu zaman nəticə qənaətbəxş olmur”.

T.İsgəndərova əlavə edib ki, hamilə qadınlar son aylar daha çox doğum həkimlərinə müraciət etdiyi üçün qadın məsləhətxanasına gəlməyi vacib bilmirlər. Ancaq bunu səhv yanaşma olduğunu deyən baş həkim bildirib ki, 39–cu həftəyə kimi mütləq məsləhətxanaya gəlmək lazımdır: “Bu zaman nəticə uğurlu olur. Fizioloji halda qadın hamiləlik dövründə 7 dəfə qadın məsləhətxanasına gəlməlidir. Əgər qadın hansısa risk faktoru daşıyırsa, bu say artırıla bilər. Bəzi hamilələr qadın məsləhətxanasına son aylarda analıq məzuniyyəti ilə bağlı lazımi sənədlərin alınması üçün formal yanaşır. Burada da əsas yanaşma ikili xidmət-ikili həkimlə əlaqədardır. Hamilə qadın hamiləliyin ilk aylarından qadın məsləhətxanasına deyil, başqa həkimə gedirsə, onun müayinələrini daha üstün tutursa bunun nəticələri də yaxşı olmur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR