“Maynts” - “Qəbələ” matçının hakimləri açıqlanıb

“Maynts” - “Qəbələ” matçının hakimləri açıqlanıb
# 05 dekabr 2016 10:45 (UTC +04:00)

Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçiriləcək “Maynts” – “Qəbələ” matçının hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA qarşılaşmanı Britaniyadan olan hakimlər briqadasına həvalə edib.

Belə ki, görüşü uelsli Simon Li Evans idarə edəcək. Ona Qaret Vin Cons və Lyuiss Ross Edvards kömək edəcəklər. Dördüncü hakim funksiyasını Daniel Bekkett yerinə yetirəcək. Qarşılaşmanın əlavə köməkçi hakimləri Brin Markham-Cons və Nik Pratt olacaq.

Oyunun hakim-inspektoru estoniyalı Are Habikt, UEFA nümayəndəsi isə irlandiyalı İmon Nuton olacaq.

Qeyd edək ki, “Maynts” – “Qəbələ” matçı dekabrın 8-də “Maynts Arena”da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR