Bakıda keçmiş məhkumdan 25 kq narkotik götürülüb

Bakıda keçmiş məhkumdan 25 kq narkotik götürülüb
# 13 yanvar 2017 08:46 (UTC +04:00)

Bakıda əvvəllər məhkum olunmuş şəxsdən külli miqdarda narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş İsa Abdullabəyovdan 0,738 qram tiryək və 25 kiloqram 217 qram marixuana götürülüb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə tiryəki ona satan Abşeron rayon sakini Sadiq Novruzov da müəyyən edilərək tutulub. Ondan 654 qram tiryək aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR