2014-cü ilin IV rübündə “Standard Insurance” 1,5 mln. manata yaxın ödəniş edib

2014-cü ilin IV rübündə “Standard Insurance” 1,5 mln. manata yaxın ödəniş edib
# 02 mart 2015 13:12 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2014-cü ilin IV rübü ərzində “Standard Insurance” Sığorta Şirkətində əmlak və məsuliyyət sığorta növləri üzrə ümümilikdə 1138 sığorta hadisəsi baş verib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “Standard Insurance” Sığorta Şirkətinin Sığorta Hadisələri və Hüquq departamentinin direktoru Anar Nəsirli bildirib ki, bu hadisələrin 285-i, təqribən 25%-i avtomobillərin kasko sığortası, 760-ı, təqribən 67%-i nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, yerdə qalan 93-ü isə, təqribən 8%-i digər sığorta növləri, yəni, daşınmaz əmlakın icbari sığortası, əmlak sığortası və səyahət sığortası üzrədir.

2014-cü ilin sonuncu rübündə “Standard Sığorta” Şirkətində sığorta hadisələri üzrə 1 420 189 manat məbləğində sığorta ödənişi həyata keçirilib. Bunlardan 562 410 manat avtomobillərin kasko sığortası, 797 331 manat nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və 33 189 manat digər sığorta növləri, yəni, daşınmaz əmlakın icbari sığortası, əmlak sığortası və səyahət sığortası üzrədir. Hesabat dövründə tibbi sığorta üzrə isə 27 259 manat məbləğdə xidmət göstərilib. Rüb ərzində bir sığorta hadisəsi üzrə ən böyük sığorta ödənişi 17 020 manat kasko sığortası üzrə, ən kiçik ödəniş isə 5 manat məbləğlərində yenə də kasko sığortası üzrə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR