Şotlandiya müstəqillik haqqında daha bir referendum keçirə bilər

Şotlandiya müstəqillik haqqında daha bir referendum keçirə bilər
# 24 iyun 2016 14:47 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Şotlandiya hökuməti müstəqillik haqqında ikinci referendumun keçirilməsi üçün yeni qanunvericilik bazasını hazırlamağa başlayacaq.

APA-nın “rg.ru” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Şotlandiyanın hökumət başçısı Nikola Störgn bildirib.

"Əgər parlament belə qərar qəbul etsə, biz yeni referendumun keçirilməsi üçün tələb edilən qanunların hazırlanmasına başlayacağıq. Şotlandiya iradəsinin əleyhinə Avropa İttifaqından çıxdığına görə qəzəblənib. Mən bunu demokratiya nöqteyi-nəzərdən qəbuledilməz hesab edirəm. Müstəqilliklə bağlı ikinci referendumun keçirilməsi ehtimalı çox yüksəkdir”, - deyə o vurğulayıb.

Störgn qeyd edib ki, Şotlandiyanın müstəqillik haqqında daha bir referendum keçirmək hüququ var.

Qeyd edək ki, Şotlandiya əhalisinin 62 faizi Britaniyanın Avropa İttifaqının tərkibində qalmasına səs verib.

Xatırladaq ki, Şotlandiyanın müstəqilliyi ilə bağlı referendum 18 sentyabr 2014-cü il tarixində keçirilib. Referendumda şotlandların 55,3 faizi müstəqilliyin əleyhinə səs verdiyi üçün Şotlandiya Böyük Britaniyanın tərkibində qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR