Ər Riyad Qətərin blokadaya alınmasını inkar edib

Ər Riyad Qətərin blokadaya alınmasını inkar edib
# 14 iyun 2017 04:27 (UTC +04:00)

Vaşinqtonda səfərdə olan Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil Əl Cübeyr krallığın Qətərə yardım göndərməyə hazır olduğunu, əmirliyə qarşı görülən tədbirləri isə blokada yox, boykot adlandırıb. Bu barədə APA “TASS”a istinadən xəbər verir.

“Texniki cəhətdən bu blokada deyil. Biz suveren hüququmuzdan istifadə edərək onlara hava məkanımızdan istifadə etməyi qadağa etdik. Biz ailələrə ölkədən ölkəyə keçməyə icazə veririk, biz onları heç də ayırmırıq. Biz lazım gələrsə Qətərə ərzaq məhsulları və dərman vasitələri tədarük etməyə hazırıq.

Onun sözlərinə görə, Qətərin dəniz limanları və aeroportları açıqdır, onlara dair heç bir blokada yoxdur, qadağa isə yalnız Qətər təyyarələrini əhatə edir: “Qətər hara istəsə mallarını göndərə bilir, sadəcə onların bizim limanlara girişinə qadağa qoyulub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR