“Yagelloniya”nın hücumçusu: “Qəbələ” “Dinamo”dan güclüdü”

“Yagelloniya”nın hücumçusu: “Qəbələ” “Dinamo”dan güclüdü”
# 07 iyul 2017 13:43 (UTC +04:00)

“Qəbələ qazandığımız və qol vurduğum üçün çox şadam. Artıq Azərbaycana uzun səyahət barədə düşünmək olar”. Apasport.az saytının məlumatına görə, bunu “Jagelloniya”nın hücumçusu Fyodor Çernıx deyib.

Avropa Liqasının I təsnifat mərhələsində Batumi “Dinamo”sunu (Gürcüstan) mübarizədən kənarlaşdıran Polşa təmsilçisi növbəti mərhələdə “Qəbələ”yə rəqib olub. “Dinamo” ilə cavab qarşılaşmasında komandasının 4 qolundan birinə imza atan Çernıx “Qəbələ”ni Gürcüstan klubundan çətin sayır.

Bununla belə, Litva millisinin 26 yaşlı futbolçusu klubun rəsmi saytına açıqlamasında növbəti mərhələyə adlayacaqlarına inandığını söyləyib: “Bilirik ki, “Qəbələ” çox yaxşı komandadı, hətta “Dinamo”dan da güclüdü. Onların Avropa Liqasındakı oyunlarını görmüşük. İlk matçı səfərdə keçirəcəyik. Bakıda bizə çox çətin olacaq. Ancaq yenə də səfərə ümidlə yollanacağıq. Orda ən yaxşı oyunumuzu göstərməliyik ki, evə sərfəli nəticə ilə qayıda bilək. Bütün gücümüzü meydanda qoyacağıq. Bunu edə bilsək, revanş matçında doğma azarkeşlərimiz önündə qələbə qazanıb, növbəti mərhələyə adlaya bilərik”.

Qeyd edək ki, “Qəbələ” ilə “Yagelloniya” arasındakı ilk oyun iyulun 13-də 8-ci km qəsəbə stadionunda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR