Maliyyə Nazirliyinin kollektivi ağacəkmə aksiyası keçirib - FOTO

Maliyyə Nazirliyinin kollektivi ağacəkmə aksiyası keçirib - <span style="color: red;">FOTO
# 13 aprel 2013 12:09 (UTC +04:00)

Bakı – APA-Economics. Maliyyə Nazirliyi Aparatının kollektivi Heydər Əliyevin 90 illik yubileyi münasibətilə bu gün ağacəkmə aksiyası keçirib.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Nazirlik rəhbərliyinin iştirakı ilə Zığ şosesi-Hava Limanı avtomobil yolunun Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisindən keçən hissəsinin ətrafında Azərbaycanın iqlim şəraitinə uyğun və dözümlü yüzlərlə dekorativ ağac əkilib. Ekologiya mütəxəssislərinin iştirakı ilə əkilən hər bir ağacın küləkdən qorunması və normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə edilib, suvarma işləri görülüb.

«Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə son illərdə respublikamızda ətraf mühitin mühafizəsinə, ekoloji durumun yaxşılaşdırılmasına, xüsusilə Bakı şəhəri və Abşeron yarımadasında yaşıllaşdırmaya xüsusi diqqət yetirilir, bu məqsədlə geniş və çoxşaxəli proqramlar qəbul olunub, irimiqyaslı tədbirlər həyata keçirilir. Hər il Maliyyə Nazirliyinin kollektivi də könüllü olaraq ağacəkmə kampaniyasında fəal iştirak edir və belə iməcliklərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulur», - deyə Nazirlikdən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR