Vahid Azərbaycan Partiyasının qurultayı təxirə düşüb

Vahid Azərbaycan Partiyasının qurultayı təxirə düşüb
# 11 iyun 2016 08:56 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Vahid Azərbaycan Partiyasının (VAP) iyunun 12-də keçirilməsi nəzərdə tutulan qurultayı təxirə salınıb.

Bu barədə APA-ya partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Tural Abbaslı məlumat verib.

O bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin partiyaya qurultay üçün təklif etdiyi Səttar Bəhlulzadə adına Mədəniyyət Evindən imtina edilib, qurultayın iyunun 19-da Beynəlxalq Mətbuat Mərkəzində keçirilməsinə qərar verilib: “Bizə təklif olunan yer uzaq olduğu üçün imtina etdik. Beynəlxalq Mətbuat Mərkəzində qurultaya yer ayrılması üçün müraciət etmişik, hələlik cavab verilməyib”.

Qeyd edək ki, Müsavat Partiyasının başqanlığına sabiq namizəd, "Ağ blok"un həmtəsisçisi Tural Abbaslı və bir qrup tərəfdarı Müsavatdan istefa verərək VAP-a qoşulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR