Xaçmazda iki maşın toqquşub, 3 nəfər ağır xəsarət alıb - VİDEO

Xaçmazda iki maşın toqquşub, 3 nəfər ağır xəsarət alıb - <span style="color: red;">VİDEO
# 21 noyabr 2014 08:18 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Mirzə Fətəli Axundov küçəsi ilə Məhəmməd Əmin Rəsulzadə küçələrinin kəsişməsində qeydə alınıb. 27 BE 964 dövlət nömrə nişanlı “VAZ 21011” markalı avtomaşınla 12 BA 764 dövlət nömrə nişanlı “VAZ 2107” markalı maşın toqquşub.

Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar Xaçmaz rayon sakinləri - 1993-cü il təvəllüdlü Rəsul Fərzəliyev, 1979-cu il təvəllüdlü Bayram Şıxəliyev və 1977-ci il təvəllüdlü Sevinc Qurbanovadır. Xəsarət alan şəxslərin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR