Bu gündən etibarən “Rabitəbank” ASC sahibkarlıq fəaliyyətinə başlamaq istəyən 20 yaşdan yuxarı olan istənilən ölkə vətəndaşına 500 manatdan 30 min manatadək mikro kredit almağı təklif edir.
Bankdan "APA-Economics"ə verilən məlumata görə, mikro krediti 36 ay müddətinə, 22%-dən başlayaraq əldə etmək üçün müştəri şəxsiyyət vəsiqəsi və sahibkarlığı təsdiqləyən sənədlərlə birgə müraciət etmək lazımdır.
Ümumilikdə, mikro kreditlər sənaye, istehsalat, xidmət, ticarət, tikinti, nəqliyyat, balıqçılıq və kənd təsərrüfatı sektorunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər bir sahibkara təklif edilir.
Qeyd edək ki, “Rabitəbank” Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, “Rabitəbank Mobile” adlı mobil əlavəsi, internet bankçılıq və “RabitaBot” adlı çatbotu ilə müştərilərin xidmətindədir.