Bank Of Baku

Avropa Yenidənqurma və İnkişaf Bankı sentyabrda «Muğanbank» daha 5 mln. dollar kredit ayıracaq

Avropa Yenidənqurma və İnkişaf Bankı sentyabrda «Muğanbank» daha 5 mln. dollar kredit ayıracaq
# 26 avqust 2008 10:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda orta və kiçik sahibkarlığın mliyyələşdirilməsi məqsədi ilə «Muğanbank» Səhmdar Kommersiya Bankına (SKB) növbəti, üçüncü kreditin ayrılmasına razılıq verib. Kreditin ümumi həcmi 5 mln. ABŞ dolları təşkil edəcək.
«Muğanbank»ın audit komitəsinin sədri Zaur Hacıyevin «APA-Economics»ə verdiyi məlumata görə, kreditin ayrılması ilə bağlı bu ilin sentyabr ayının ilk dekadasında Azərbaycan bankı ilə EBRD arasında müvafiq saziş imzalanacaq. Sazişə əsasən, ayrılacaq vəsaitin 3 mln. dolları orta, 2 mln. dolları isə kiçik sahibkarlığın kreditləşdirilməsinə sərf ediləcək.
Qeyd edək ki, EBRD-nin üçüncü tranşı da daxil olmaqla, «Muğanbank» indiyədək beynəlxalq maliyyə qurumlarından 20 mln. dollar həcmində vəsait cəlb edib. Vəsaitlərin hamısı kiçik və orta sahibkarlığın inkişafına və ticarətin maliyyələşdirilməsinə sərf olunub.
Xatırladaq ki, «Muğanbank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 99,484 mln. manat, kredit portfeli 65,636 mln. manat, depozit portfeli 32,217 mln. manat, məcmu kapitalı 14,878 mln. manat, o cümlədən, nizamnamə kapitalı 11 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 22 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR