Bank Of Baku

«Bank of Baku» SKB «MoneyGram» beynəlxalq pulköçürmə sistemi üzrə xidmətlərə başlayıb

«Bank of Baku» SKB «MoneyGram» beynəlxalq pulköçürmə sistemi üzrə xidmətlərə başlayıb
# 26 avqust 2008 12:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» Səhmdar Kommersiya Bankı (SKB) «MoneyGram» beynəlxalq pulköçürmə sistemi üzrə xidmətlərə başlayıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, artıq bankın müştəriləri bu xidmətdən bankın bütün filiallarında istifadə edə bilər.
Qeyd edək ki, «MoneyGram» sistemi ilə yanaşı bank hazırda «Contact», «Coinstar», «PrivatMoney», «Migom», «XpressMoney», «Western Union» və «Bıstraya Poçta» kimi təcili pul köçürümələri sitemləri üzrə xidmətlər göstərir.
Xatırladaq ki, «Bank of Baku» SKB 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 176,224 mln. manat, kredit portfeli 152,983 mln. manat, depozit portfeli 146,869 mln. manat, məcmu kapitalı 23,572 mln. manat, o cümlədən nizamnamə kapitalı 6,8 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR