Bank Of Baku

«Azərsığorta» şirkəti I yarımillikdə həyata keçirdiyi sığorta ödənişlərinin xüsusi çəkisinə görə Azərbaycanda liderlik edir

«Azərsığorta» şirkəti I yarımillikdə həyata keçirdiyi sığorta ödənişlərinin xüsusi çəkisinə görə Azərbaycanda liderlik edir
# 26 avqust 2008 12:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatlarının bu ilin yanvar-iyun aylarında sığorta riskləri üzrə həyata keçirdikləri ödənişlərin səcmu həcmi 22,01 mln. manat təşkil edib ki, bu da ötən ilin ilk yarısı ilə müqayisədə 32,4% çoxdur.
«APA-Economics»in sığorta şirkətlərinin ümumi ödənişlərdə xüsusi çəkisi üzrə tərtib etdiyi renkinq cədvəlində ilk yeri «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti tutub. Belə ki, bu şirkətin ödənişlərinin ümumi sığorta ödənişlərindəki xüsusi çəkisi 28,12%-ə bərabərdir. Sonrakı iki yeri isə «MBASK» (11,40%) və «A-Group» şirkətləri tutub. Bu üç şirkətin ödənişlərinin həcmi isə ümumi sığorta ödənişlərinin 49,2%-ni təşkil edib.
Cədvəldən göründüyü kimi yalnız üç şirkətin («Qarant Sığorta», «Əmrah Sığorta» və «Nişan Sığorta») hesabat dövründə ödənişləri olmadığı üçün bunların ümumi ödənişlərdəki payı da sıfıra bərabərdir.
Xatırladaq ki, Azərbaycanda 28 sığorta şirkəti fəaliyyət göstərir və bunların məcmu nizamnamə kapitalı 77,678 mln. manat təşkil edir. Bu ilin birinci yarısında sığorta şirkətlərinin gəlirləri 133,295 mln. manat, xərcləri 120,365 mln. manat, mənfəəti isə 12,930 mln. manat olub. Sığorta təşkilatları tərəfindən bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinə 792,991 min manat həcmində vəsait ödənilib.
Aşağıda «APA-Economics»in sığorta şirkətlərinin ümumi sığorta ödənişlərində xüsusi çəkisi üzrə tərtib etdiyi renkinq cədvəli göstərilir:

Sığorta şirkətləri

Ödənişlər

(mln. manat)

Ümumi ödənişlərdə xüsusi çəki (%)

1

Azərsığorta Dövlət Sığorta Kommersiya Şirkəti

6,19

28,12%

2

MBASK

2,51

11,40%

3

A-Group

2,13

9,68%

4

Standart İnsurance

1,98

9,00%

5

Atəşgah

1,93

8,77%

6

Beynəlxalq Sığorta Şirkəti

1,00

4,54%

7

AzSığorta

0,87

3,95%

8

Xalq Sığorta

0,75

3,41%

9

Başak-İnam

0,71

3,23%

10

Era Trans

0,38

1,73%

11

Azalsığorta

0,36

1,64%

12

Azərbaycan Sənaye Sığorta

0,34

1,54%

13

Kavkaz Sığorta

0,34

1,54%

14

Bakı Sığorta

0,31

1,41%

15

BE&G

0,27

1,23%

16

AtaSığorta

0,27

1,23%

17

Thames İnsurance Group

0,26

1,18%

18

Paşa Sığorta

0,20

0,91%

19

Alfa Sığorta

0,16

0,73%

20

AIG Caspian İnsurance Company

0,16

0,73%

21

Star Alyans

0,16

0,73%

22

Azərqarant

0,11

0,50%

23

Günay-Anadolu

0,07

0,32%

24

Abşeron Sığorta

0,05

0,23%

25

Fidan Sığorta

0,05

0,23%

26

Qarant Sığorta

0,00

0,00%

27

Əmrah Sığorta

0,00

0,00%

28

Nişan Sığorta

0,00

0,00%

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR