Bank Of Baku

Azərbaycanda özəlləşdirilmiş müəssisələrin dəstəklənməsi üzrə keçirilən tenderlərin qalibləri müəyyənləşib

Azərbaycanda özəlləşdirilmiş müəssisələrin dəstəklənməsi üzrə keçirilən tenderlərin qalibləri müəyyənləşib
# 26 avqust 2008 13:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) tərəfindən kənd təsərrüfatı məhsullarının emalı, habelə toxuculuq və tikiş sahəsində özəlləşdirilmiş müəssisələrin dəstəklənməsi, özəlləşdirilmiş müəssisələrin istehsal etdiyi məhsulların rəqabət qabiliyyətinin və ixrac potensialının və özəlləşdirilmiş müəssisələrə investisiyaların cəlb edilməsi əsasında maliyyə potensialının artırılmasının dəstəklənməsi ilə bağlı keçirilən tenderlərin qaliblərini müəyyənləşdirib.
DƏİEDK-dən «APA-Economics»ə verilən məlumata görə, keçirilən tenderlərin nəticələrinə əsasən, «Kənd təsərrüfatı məhsullarının emalı sahəsində özəlləşdirilmiş müəssisələrə dəstək» xidmətlərinin satın alınması üzrə «FİNRH Konsaltinq» MMC, «Toxuculuq və tikiş sahəsində özəlləşdirilmiş müəssisələrin dəstəklənməsi» xidmətlərinin satın alınması üzrə «Azərxüsusisənayeinvest» QSC, «Özəlləşdirilmiş müəssisələrin istehsal etdiyi məhsulların rəqabət qabiliyyətinin və ixrac potensialının artırılmasının dəstəklənməsi» xidmətlərinin satın alınması üzrə «Regional Konsalt» MMC, «Özəlləşdirilmiş müəssisələrə investisiyaların cəlb edilməsi əsasında maliyyə potensialının artırılmasının dəstəklənməsi» xidmətlərinin satın alınması üzrə isə «Sinergetika» MMM şirkətləri qalib seçilib.
Artıq tenderlərin qalibləri ilə satınalma müqavilələri imzalanıb və qalib şirkətlər tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş xidmətlərin icrasına başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR