Bank Of Baku

«Atrabank» daha bir regional filial açıb

«Atrabank» daha bir regional filial açıb
# 27 avqust 2008 08:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Eonomics. Azərbaycanın «Atrabank» Səhmdar Kommersiya Bankı (SKB) Zaqatala rayonunda filial açıb.
Bankın Marketinq Departamentinin direktoru Kamran Ağayevin «APA-Econmics»ə verdiyi məlumata görə, Zaqatala filialı bankın sayca 5-ci regional filialı hesab olunur. Burada müştərilər bankın təklif etdiyi bütün xidmətlərindən yaralana biləcəklər.
Qeyd edək ki, hazırda bankın respublika üzrə 12 filialı, o cümlədən Bakıda 7 filialı fəaliyyət göstərir.
Xatırladaq ki, «Atrabank» SKB 1992-ci ilin dekabr ayında yaradılıb. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 32,192 mln. manat, kredit portfeli 23,755 mln. manat, depozit portfeli 4,121 mln. manat, məcmu kapitalı 11,412 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,425 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 10 bankomatı və 32 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR