«Bank of Baku» WAP-saytını istifadəyə verib
01 sentyabr 2008 10:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» Səhmdar Kommersiya Bankı (SKB) veb-saytının WAP versiyasını istifadəyə verib. Bu saytla wap.bankofbaku.com ünvanında tanış olmaq mümkndür. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, layihənin əsas məqsədi bank haqqında operativ məlumat almaq istəyən əhalinin rahatlığının təmin edilməsidir.
WAP-sayt vasitəsilə «Bank of Baku»nun biznes və istehlak kreditləri, depozit hesablar, təcili pulköçürmə sistemləri, plastik kartlar, valyuta kursları, filial şəbəkəsi, mövcud vakansiyalar və digər xidmətləri haqqında ətraflı məlumat almaq mümkündür.
Əlavə olaraq WAP-sayt vasitəsi ilə iş saatlarında istənilən sualla bankın səlahiyyətli əməkdaşlarına müraciət etmək və operativ cavab almaq mümkündür. Gələcəkdə bank bu xidmətin imkanlarını genişləndirərək WAP-sayt vasitəsi ilə vəsaitlərin bir hesabdan digər hesaba köçürülməsi, istehlak kreditlərinin, kommunal xərclərin odənilməsi və digər xidmətləri təqdim etmək niyyətindədir.
Xatırladaq ki, «Bank of Baku» SKB 1994-cü ilin fevral ayında fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 176,224 mln. manat, kredit portfeli 152,983 mln. manat, depozit portfeli 146,869 mln. manat, məcmu kapitalı 23,572 mln. manat, o cümlədən nizamnamə kapitalı 6,8 mln. manat təşkil edib.

Maliyyə
XRİTDX: Bank və şirkətlərin istifadə etdiyi pulsuz Sandbox sistemləri xüsusi risk daşıyır
11:09
4 may 2024
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:23
4 may 2024
Mərkəzi Bank Naxçıvan İdarəsi üzrə proseslərin mərkəzləşdirilməsinə başlayıb - EKSKLÜZİV
16:27
3 may 2024
Ötən il Azərbaycanda Gürcüstan bankının törəməsinin xalis mənfəəti 18% azalıb - Hesabat
14:36
3 may 2024