«Azərdəmiryolbank» İslam İnkişaf Korporasiyasından 3 mln. dollar kredit cəlb edir
01 sentyabr 2008 10:40 (UTC +04:00)
b.
Bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirib ki, sənədə əsasən, 6 il müddətinə cəlb olunan maliyyə vəsaiti Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin, o cümlədən aqrobiznes, biotexnologiyaların tətbiqi, təhsil, ümumi istehsalat, səhiyyə, informasiya texnologiyaları, multimedia, telekommunikasiya və nəqliyyat sahələrinin inkişafının dəstəklənməsi üçün nəzərdə tutulub. Qeyd edək ki, mühafizə, turizm və əmlak sektorları ilə yanaşı şəriətə zidd olan sahələrin bu kredit xətti ilə maliyyələşdirilməsi nəzərdə tutulmayıb.
Y.Cabbarovun sözlərinə görə, 2009-cu ildə İİK «Azərdəmiryolbank»la əməkdaşlığını yeni sahələr hesabına genişləndirmək niyyətindədir.
Xatırladaq ki, hazırda bank Beynəlxalq Maliyyə Korporasiyası (İFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Hollandiyanın Maliyyə İnkişaf Şirkəti (FMO), Almaniyanın İnkişaf və İnvestisiya Cəmiyyəti (DEG), Qara Dəniz Ticarət və İnkişaf Bankı, Neft ixrac edən ölkələr təşkilatının Beynəlxalq İnkişaf Fondu (OPİC), ABŞ-ın İnvestisiya Fondu və digər beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq edir.
Qeyd edək ki, «Azərdəmiryolbank» SKB 1989-cu ildə təsis edilib. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (AYIB) və Hollandiya İnkişaf Bankı (FMO) daxildir. Cari ilin iyul ayının 1-nə bankın aktivləri 200,2 mln. manat, bankın kredit portfeli 153,2 mln. manat, depozit portfeli 61,5 mln. manat, məcmu kapitalı 32,8 mln. manat, o cümlədən nizamnamə kapitalı isə 13,3 mln. manat təşkil edib.

Maliyyə
Kapital Bank-ın Laçın filialının açılışı baş tutub
17:45
7 may 2024
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 5 %-dən çox artıb
17:09
7 may 2024
Moody’s Beynəlxalq Reytinq Agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqlayıb
15:00
7 may 2024
Vüqar Bayramov: İqtisadi uğurlarımızın, suverenliyimizin bərpa edilməsinin banisi ümummilli liderimizdir
11:51
7 may 2024