Bank Of Baku

Azərbaycanın «Birlikbank»ı nizamnamə kapitalını 7% artırır

Azərbaycanın «Birlikbank»ı nizamnamə kapitalını 7% artırır
# 01 sentyabr 2008 12:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Birlikbank» Açıq Səhmdar Cəmiyyətinin (ASC) sənədsiz adlı adi səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 200 manat, sayı 4,35 min ədəd, emissiyanın ümumi həcmi isə 870 min manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə Bakı Fond Birjası (BFB) vasitəsilə yerləşdirilməsi planlaşdırılır. Birja mütəxəssislərinin fikrincə, «Birlikbank»ın artıq bu ilin sentyabr ayında səhmlərin yerləşdirilməsinə başlayacağı gözlənilir. Emissiyanın yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə ASC-nin nizamnamə kapitalı 6,7% artaraq 13,87 mln. manata çatacaq.
Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında bankın gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 31,3% artaraq 1,919 mln. manata, xərcləri isə 37,4% artaraq 1,770 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti son bir ildə 14,9% azalaraq 149 min manat təşkil edib.
Qeyd edək ki, təsisçisi 20 yerli fiziki şəxs olan «Birlikbank» 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 3 filialı mövcuddur. Bu ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 36,448 mln. manat, kredit portfeli 27,696 mln. manat, depozit portfeli 1,024 mln. manat, məcmu kapitalı 15,359 mln. manat, o cümlədən nizamnamə kapitalı 13 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR