Banklar | İllik artım (%) | |
1 | Xalg Bank | 200,0 |
2 | Azərbaycan Sənaye Bankı | 150,0 |
3 | UniBank | 125,0 |
4 | Royal Bank of Baku | 110,0 |
5 | NBCBank | 100,0 |
6 | Azərbaycan Mikromaliyyələşdirmə Bankı | 50,0 |
7 | Gəncəbank | 50,0 |
8 | Azər-Türk Bank | 50,0 |
9 | Nikoil Bank | 42,86 |
10 | Bank Respublika | 42,11 |
11 | Atrabank | 37,50 |
12 | Bank Standard | 36,36 |
13 | Muğan Bank | 31,25 |
14 | Rabitabank | 30,77 |
15 | Bank of Baku | 25,0 |
16 | Əmrahbank | 22,22 |
17 | AtaBank | 21,43 |
18 | Azerdemiryolbank | 19,05 |
19 | AGBank | 18,18 |
20 | Texnikabank | 17,24 |
21 | Bank of Azerbaijan | 12,50 |
22 | Zamin Bank | 11,11 |
23 | Kapital Bank | 2,72 |
24 | Azərbaycan Beynəlxalq Bankı | 0 |
25 | Turanbank | 0 |
26 | Kredo Bank | 0 |
27 | Parabank | 0 |
28 | Debut Bank | 0 |
29 | Deka Bank | 0 |
30 | United Credit Bank | 0 |
31 | Azərnəqliyyatbank | 0 |
32 | Birlik Bank | 0 |
33 | Qafqaz İnkişaf Bankı | 0 |
34 | YapıKredi Bank Azerbaijan | 0 |
35 | KövsərBank | 0 |
36 | GünayBank | 0 |
37 | Azərbaycan Kredit Bankı | - |
38 | Melli İran Bankı Bakı | - |
39 | Bank Avrasiya | - |
40 | Paşa Bank | - |
Cədvəldən göründüyü kimi, hazırda Azərbaycanda faktiki olaraq 44 bank kredit təşkilatı fəaliyyət göstərsə də, «APA-Economics»in renkinqində yalnız 40 bankın filialları haqqında məlumatlar əks olunub. Bu, digər bankların KİV-lə əməkdaşlıqdan imtina etməsi, maliyyə göstəricilərini təqdim etməməsi və s. subyektiv səbəblərlə bağlıdır.
Bankların filial şəbəkəsinə gəldikdə isə, yalnız «Xalq Bank» filiallarının sayı 3 dəfə, «Azərbaycan Sənaye Bankı» 2,5 dəfə, «UniBank» isə 2,25 dəfə artırıb.
Daha 2 bankın («Royal Bank of Baku» və «NBCBank») filial şəbəkəsi 2 dəfə genişlənib, digər 3 bankda («Azər-Türk Bank», Azərbaycan Mikromaliyyələşdirmə Bankı və «Gəncəbank») filialların sayının artım tempi 50% təşkil edib.
Bununla yanaşı qeyd edilməlidir ki, 13 bank təşkilatı son bir ilə ərzində yeni filial açmayıb, daha 4 bankın isə ümumiyyətlə filialı yoxdur (Melli İran Bankı Bakı özü filial statusuna malikdir).
Azərbaycanın dövlət bankı – Azərbaycan Beynəlxalq Bankı filialların sayına görə respublikada liderlik etsə də, bu bank tərəfindən son bir il müddətində yeni filial açılmayıb.