Bank Of Baku

«AIG Caspian İnsurance» bu ilin payızınadək səhmlərini 100 faizlik xarici kapitala çevirəcək

«AIG Caspian İnsurance» bu ilin payızınadək səhmlərini 100 faizlik xarici kapitala çevirəcək
# 03 iyun 2009 08:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «American İnternational Group Caspian İnsurance» (AIG Caspian İnsurance) Azərbaycan-ABŞ Məhdud Məsuliyyətli sığorta şirkəti bu ilin payızınadək səhmlərini 100 faizlik xarici kapitala çevirmək niyyətindədir.

Bunu «APA-Economics»ə açıqlamasında şirkətin baş direktoru Viladi Maniyev bildirib.
Onun sözlərinə görə, hazırda şirkətin təsisçiləri sırasına xarici «Caravan İnvestment (51%) və ABŞ-ın «American International Group İnc.» şirkətləri (49%) daxildir. Bu isə yeni qəbul edilmiş «Sığorta fəaliyyəti haqqında» qanuna ziddir.

V. Maniyev bildirib ki, şirkətin 51% səhmlərinin xarici kapitala çevrilməsi ilə bağlı artıq Azərbaycan Maliyyə Nazirliyinin müvafiq qurumu tərəfindən altı aylıq müddət verilib: «Həmin müddət bu ilin payızında bitəcək. Yəqin ki, bu müddətə qədər şirkətin 100 faizlik səhmləri xarici kapitala çevriləcək».

Qeyd edək ki, «Sığorta fəaliyyəti haqqında» qanunun 18-ci maddəsinin 18.2.4.-cü bəndinə əsasən? xarici hüquqi şəxsin törəmə cəmiyyəti olan yerli hüquqi şəxslər sığortaçının təsisçisi və ya səhmdarı ola bilməz.

Xatırladaq ki, «Caravan İnvestment» xarici kapitallı yerli hüquqi şəxsdir.

«AIG Caspian İnsurance» sığorta şirkəti Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. Cari ilin yanvar-aprel aylarında topladığı sığorta haqlarının həcmi 952,568 min manat, sığorta ödənişləri isə 48,931 min manat təşkil edib.

Bu ilin may ayının 1-nə şirkətin nizamnamə kapitalı 3,5 milyon manat olub. Hazırda şirkət 7 könülü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR