Bank Of Baku

Azərbaycanda pul bazasının artımı bərpa olunub

Azərbaycanda pul bazasının artımı bərpa olunub
# 03 iyun 2009 11:03 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda manatla pul bazasının həcmi 2009-cu ilin iyunun 1-nə 3 820,5 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumatına görə, 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 499,3 mln. manat və ya 15% artıb, lakin cari ilin əvvəlindən 960,8 mln. manat və ya 20,1% azalıb. Qeyd edək ki, pul bazası mərkəzi bankın ehtiyat pulları sayılır, onun təmin edilməmiş pul kütləsini artırmamaqla pul tələbatını tənzimləmək və ümumilikdə pul siyasətini həyata keçirmək imkanlarını əks etdirən əsas pul-kredit siyasətinin alətlərindən biridir. Ümumilikdə, pul bazasına dövriyyədə olan nağd pullar və mərkəzi bankda deponenləşmiş kommersiya banklarının vəsaitləri daxildir.
Pul bazasının dinamikaya gəldikdə, cari ilin ilk dörd ayı ərzində ardıcıl azalma müşahidə olunurdu, lakin mayda tendensiya dəyişib və pul bazasının həcmi ötən ay 140,9 mln. manat və ya 3,8% artıb. Beləliklə, Azərbaycanda Mərkəzi Bankın sərəncamında olan ehtiyat pulların həcminin artımının bərpasını çox müsbət makroiqtisadi amil kimi qiymətləndirmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR