Bank Of Baku

Asiya İnkişaf Bankının Azərbaycan üzrə icraçı direktoru ölkəmizə səfər edəcək

Asiya İnkişaf Bankının Azərbaycan üzrə icraçı direktoru ölkəmizə səfər edəcək
# 03 iyun 2009 12:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasında təmsil olunan Azərbaycan üzrə icraçı direktoru Derek Ruken-Smit (Rooken-Smith) bu il iyunun 9-da Azərbaycana səfər edəcək. Bu barədə «APA-Economics»ə AİB-in Bakı ofisindən bildirilib. İyunun 12-dək davam edəcək səfər tanışlıq xarakteri daşıyır. Belə ki, D. Ruken-Smit hazırda AİB tərəfindən Azərbaycanda icra olunan bir sıra layihələrin gedişatı ilə tanış olacaq.
Qeyd edək ki, AİB-in rəsmisinin, həmçinin, Azərbaycanın bir sıra hökumət qurumlarında da görüşlər keçirəcəyi nəzərdə tutulub.
Xatırladaq ki, Azərbaycan 1999-cu ildən AİB-nın üzvüdür. Hazırda AİB-in Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində Azərbaycanda Yevlax-Gəncə və Qazax-Gürcüstan sərhədi avtomobil yollarının reabilitasiya və genişləndirilməsi, Dəmir Yolu Ticarəti və Daşımalara Dəstək layihələri, habelə «Şəhər su təchizatı və kanalizasiya Layihəsi», «Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması Layihəsi», Gəncə dairəvi avtomobil yolunun tikintisini və digər layihələr maliyyələşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR