Bank Of Baku

Yaxın günlərdə «Bank of Baku»nun «Çek-Pot» və «Nümunəvi Müştəri» uduşlu kampaniyalarının növbəti qalibləri müəyyənləşəcək

Yaxın günlərdə «Bank of Baku»nun «Çek-Pot» və «Nümunəvi Müştəri» uduşlu kampaniyalarının növbəti qalibləri müəyyənləşəcək
# 03 iyun 2009 13:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» Səhmdar Kommersiya Bankının (SKB) bu ilin iyun ayının 5-də «Çek-Pot» və «Nümunəvi Müştəri» uduşlu kampaniyalarının növbəti qalibləri müəyyənləşəcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, tiraj komissiyasının iştirakı ilə keçiriləcək ikinci tirajda may ayının 1-dən iyun ayının 4-dək kredit üzrə ödənişləri «Cash-in» ödəniş köşkləri vasitəsi ilə həyata keçirən müştərilər iştirak edəcək və onlardan 5 müştəri hər biri 100 manat qazanacaq.

Ümumilikdə isə «Çek-pot» kampaniyasının üç uduşu nəticəsində hər biri 100 AZN qazanmaqla 15 qalib müəyyənləşəcək. Qaliblər kompüterin təsadüfi seçimi ilə bəlli olacaqlar. Qeyd edək ki, kampaniya cari ilin iyun ayının 29-na qədər davam edəcək.

Bundan başqa, həmin tarixdə daha bir uduşlu kampaniya olan «Nümunəvi Müştəri»nin altıncı uduşunu keçirəcək.

Xatırladaq ki, «Nümunəvi Müştəri» kampaniyası bankın 15 illik yubiley ilində növbəti həvəsləndirici aksiyadır. Kampaniya bankda avtomobil, telefon, mebel, kompüter və məişət texnikası krediti olan müştərilərə, həmçinin «Dinamik plus» kart sahiblərinə şamil edilir. Kampaniya 2008-ci ilin 15 dekabr tarixindən başlayıb və 2010-cu ilin 15 yanvar tarixinədək davam edəcək. Bu müddət ərzində «Nümunəvi Müştəri» kampaniyasının 13 uduşu keçiriləcək. Kampaniyanın uduşları hər ayin ilk həftəsinin son iş günündə keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR