Bank Of Baku

Azərbaycanın suveren reytinqi təsdiqlənib

Azərbaycanın suveren reytinqi təsdiqlənib
# 03 iyun 2009 15:04 (UTC +04:00)
Bakı. Elmin İbrahimov, Vahab Rzayev – APA-Economics. “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın emitentin uzunmüddətli defolt reytinqini (EDR) xarici və milli valyutada “BB+” “Sabit” proqnozu ilə təsdiqləyib. “APA-Economics”in məlumatına görə, agentlik eyni zamanda xarici valyutada qısamüddətli EDR-i “B” səviyyəsində, ölkənin reytinq üzrə yuxarı həddini “BB+” səviyyəsində təsdiq edib. Agentliyin rəsmisi Andres Kların sözlərinə görə, Azərbaycanın suveren reytinqi zəngin karbohidrogen ehtiyatları, son illərdə əlavə neft gəlirləri ilə dəstəklənir ki, bunlar da dövlətə dünyanın hazırkı mürəkkəb konyunkturasında yaxşı mövqelərini təmin edən güclü və likvid balansın formalaşmasına imkan verib.
Agentliyin şərhində deyilir ki, Azərbaycan neft-qaz hasilatı və nəqli üzrə istehsal güclərinin müasirləşməsinə aparıcı Qərb neft şirkətləri cəlb edib. Neft hasilatının artımı ölkə iqtisadiyyatının 2004-2008-ci illərdə real artımının 21% səviyyəsində, yəni agentlik tərəfindən reytinqlənən hər hansı digər ölkələrdən daha yüksək səviyyədə olmasına yardımçı olub. İcmal dövlət büdcəsinin profisitinin ÜDM-ə nisbəti 2007-ci ilin göstəricisi olan 2,6%-ə qarşı 2008-ci ildə 11% təşkil edib. Eyni zamanda cari əməliyyatlar hesabının müsbət saldosu ÜDM-in 30%-ni üstələyib. Neft gəlirlərinin Azərbaycan Dövlət Neft Fondunda toplaması ilə dövlətin xalis xarici aktivləri 2008-ci ilin sonuna ÜDM-in 35%-nə qədər artıb. Dövlət borcu isə ÜDM-in cəmi 8,6%-ni təşkil edir. “Fitch” mütəxəssislərinin fikrincə, Dövlət Neft Fondunun idarəetməsində və hesabatlar hazırlamasında olan şəffaflıq da müsbət reytinq amilidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR