Bank Of Baku

Azərbaycanda uzunmüddətli kreditlər üstünlük təşkil edir

Azərbaycanda uzunmüddətli kreditlər üstünlük təşkil edir
# 04 iyun 2009 09:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu kredit portfelinin 66,6%-i uzunmüddətli kreditlərin payına düşür. Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumatına görə, 2009-cu il mayın 1-ə bankların ümumi kredit portfeli 6 278,4 mln. manat olub ki, bunun da 4 181,5 mln. manatı uzunmüddətli kreditlərdir.
Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi kredit portfeli 20,4% artıb, o cümlədən qısamüddətli kredit qoyuluşlarında 14,3%, uzunmüddətli kredit qoyuluşlarında isə 23,6% artım müşahidə olunub. Nəticədə hesabat dövrü ərzində kredit qoyuluşlarının strukturunda uzunmüddətli kreditlərin xüsusi çəkisi 1,8 faiz bəndi artaraq mayın 1-ə 66,6% təşkil edib.
Eyni zamanda yeni verilmiş kreditlərin strukturunda uzunmüddətli kreditlərin xüsusi çəkisi bu dövrdə 39,5% təşkil edib. Yeni verilmiş uzunmüddətli kreditlərin həcmi 2009-cu ilin yanvar-aprel ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,1% azalıb:

(mln. man.)

Yeni verilmiş kreditlər

Yanvar-aprel
2009

Yanvar-aprel
2008

Cəmi

2 381,8

3 008,8

Qısamüddətli

1 440,9

1 489,8

1 ayadək

79,9

237

1 aydan 3 aya qədər

169,2

224,2

3 aydan 6 aya qədər

196,6

240,5

6 aydan 9 aya qədər

220,1

218,2

9 aydan 1 ilə qədər

775,1

570

Uzunmüddətli

940,9

1 519

1 ildən 3 ilə qədər

804,6

1 324,4

3 ildən 5 ilə qədər

111,9

137,5

5 ildən 10 ilə qədər

23,2

39,7

10 ildən yuxarı

1,2

17,4



Mərkəzi Bankın hesablamalarına görə, cari ilin yanvar-apreldə qısamüddətli kredit qoyuluşunun 94,6%-ni banklar tərəfindən verilən kreditlər, 5,4%-ni isə qeyri-bank kredit təşkilatlarının kreditləri təşkil edib. O cümlədən, bank sisteminin qısamüddətli kredit qoyuluşunda Azərbaycan Beynəlxalq Bankının payı 33%, digər bankların payı isə 67% təşkil edir. Uzunmüddətli kredit qoyuluşunun 98,5%-ni banklar tərəfindən verilən kreditlər, 1,5%-ni isə qeyri-bank kredit təşkilatlarının kreditləri təşkil edir. Bank sisteminin uzunmüddətli kredit qoyuluşunda Beynəlxalq Bankın kreditlərinin payı 42,8%, digər bankların payı isə 57,2 %-dir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR