Bank Of Baku

Aprel ayında Azərbaycanda bank depozitlərinin həcmi artıb

Aprel ayında Azərbaycanda bank depozitlərinin həcmi artıb
# 04 iyun 2009 10:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən banklarda yerləşdirilmiş depozitlərin həcmi 2009-cu il mayın 1-nə 3 205,4 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 477,1 mln. manat və ya 13% azdır. Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumatına görə, cari ilin əvvəlindən isə depozitlərin həcmi daha çox, yəni 1 142,6 mln. manat və ya 26,3% azalıb. Eyni zamanda aprel ayında əvvəlki üç ay müşahidə olunan ardıcıl azalma tendensiya sona çatıb, depozitlərin həcmi 114,3 mln. manat və ya 3,7% artıb.
Aprel ayında depozitlərin artması, əsasən, fiziki şəxslərin əmanətləri hesabına baş verib. Belə ki, mayın 1-nə əmanətlərin həcmi 1 865,8 mln. manat təşkil edib ki, bu da ay ərzində 93 mln. manatlıq artım deməkdir. Bu müddət ərzində hüquqi şəxslərin depozitlərinin artımı isə cəmi 21,3 mln. manat olub. Cari ilin əvvəlindən isə fiziki və hüquqi şəxslərin depozitləri üzrə dinamikası daha maraqlıdır. Belə ki, cari ilin yanvarın 1-ə hüquqi şəxslərin depozitlərinin həcmi 2 444,9 mln. manata bərabər olub, yəni yanvar-aprel aylarında bu növ depozitlər üzrə azalma 1 105,2 mln. manat təşkil edib. Bu həm də o deməkdir ki, cari ildə müşahidə olunan dörd aylıq azalmanın 97%-i məhz hüquqi şəxslərin payına düşür. Beləliklə, yanvar-aprel aylarında fiziki şəxslərin depozitləri yalnız 37,9 mln. manat azalıb.
Qeyd edək ki, təkcə hüquqi şəxslərin müddətli depozitləri üzrə azalma 1 136,9 mln. manat olub. Hüquqi şəxslərin depozitlərin azalmasının əsas səbəbi banklar tərəfindən kreditlərin verilməsinə daha sərt yanaşması, hətta bir sıra bankların kreditləri məhdudlaşdırması və ya tam dayandırmasıdır. Belə ki, yanvar-aprel ayları ərzində Azərbaycanda yeni verilmiş kreditlərin həcmi 627 mln. manat azalaraq mayın 1-nə 3,009 mlrd. manat olub. Bank kreditləşməsinin bu dərəcədə məhdudlaşması nəticəsində hüquqi şəxslər öz fəaliyyətlərini davam etdirmək üçün bank hesablarında olan müddətli və tələb olunanadək depozitlərdən əvvəlkindən daha fəal istifadə etməyə məcbur olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR