Bank Of Baku

Azərbaycanda nağd dollar üzrə əməliyyatları artıb

Azərbaycanda nağd dollar üzrə əməliyyatları artıb
# 04 iyun 2009 10:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 2 997 795,9 min dollar həcmində ABŞ dolları üzrə nağd mübadilə əməliyyatları aparılıb. Azərbaycan Mərkəzi Bankından (AMB) «APA-Economics»ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 77,1% artıb. Nağd dollar üzrə əməliyyatların strukturunda 388 762,7 min dollar banklar tərəfindən alış, 2 609 033,2 min dollar isə satış əməliyyatlarının payına düşür. Göründüyü kimi, cari ilin yanvar-aprel ayları ərzində əhali tərəfindən bank sistemi vasitəsi ilə nağd dolların alışı satışın həcmini 6,7 dəfə üstələyib.
Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə əhali tərəfindən nağd dolların satışı 24,5% azalıb, lakin alış 2,2 dəfə artıb.
Həmin göstəricilər Azərbaycanda əhali tərəfindən dollara olan tələbatın yüksək olduğundan xəbər verir. Belə ki, dollar alışının satışı üstələnməsi əhali tərəfindən bu valyutadan həm cari hesablamalarda, həm pərakəndə idxalda, həm də yığım məqsədləri ilə fəal istifadəsini göstərir. Eyni zamanda əhali tərəfindən nağd dolların satışının azalması dolayı yolla əhaliyə xarici ölkələrdən göndərilən dolların azalmasından xəbər verir. Bunun da səbəblərindən biri xaricdən Azərbaycana pul köçürmələrin azalmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR