Bank Of Baku

«Azərdəmiryolbank» beynəlxalq keyfiyyət və etibarlılıq sertifikatı alıb

«Azərdəmiryolbank» beynəlxalq keyfiyyət və etibarlılıq sertifikatı alıb
# 04 iyun 2009 10:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərdəmiryolbank» Səhmdar Kommersiya Bankı (SKB) «Microfinance Information Exchange» beynəlxalq təşkilatının V ən yüksək səviyyəli şəffaflıq, keyfiyyət və etibarlılıq sertifikatını alıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, sertifikat banka Azərbaycan Mikromaliyyə Assosiasiyasının iştirakı ilə təqdim edilib.
Qeyd edək ki, «Microfinance Information Exchange» müxtəlif beynəlxalq təşkilat və fondlar, o cümlədən CGAP (dünyada mikromaliyyənin inkişafı üzrə beynəlxalq donorlar konsorsiumu), «Citigroup» Fondu, Açıq Cəmiyyət İnstitutu – «Soros» Fondu, «Rockdale» Fondu tərəfindən dəstəklənən qeyri-kommersiya təşkilatıdır.
Təşkilat öz nominasiyalarında «MIX Market» layihəsində iştirak edən və məlumatların açıqlanması səviyyəsi ilə ölçülən mikromaliyyə proqramlarında fəaliyyətinə görə maliyyə qurumlarını təltif edir.
Xatırladaq ki, «Azərdəmiryolbank SKB-nin 850-yə yaxın səhmdarı mövcuddur ki, bu səhmlərin 25%+1 səhm Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10% Hollandiyanın Maliyyə İnkişaf şirkətinə (FMO), 10% hüquqi şəxslərə, qalanı isə fiziki şəxslərə məxsusdur.

Bank 1989-cu ildə təsis edilib və hazırda bankın respublika üzrə 29 filialı 40 bankomatı və 240 POS-terminalı fəaliyyət göstərir.

Cari ilin aprelin 1-nə bankın aktivlərinin həcmi 213,029 mln. manat, depozit portfeli 56,923 mln. manat, kredit portfeli 157,354 mln. manat, məcmu kapitalı 38,538 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,400 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR