Bank Of Baku

Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru «Əmanətlərin sığortalanması haqqında» qanuna əlavə və dəyişiklikləri şərh edib

Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru «Əmanətlərin sığortalanması haqqında» qanuna əlavə və dəyişiklikləri şərh edib
# 04 iyun 2009 12:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda (ƏSF) «Əmanətlərin sığortalanması haqqında» qanuna əlavə və dəyişikliklərin edilməsi ilə bağlı mətbuat konfransı keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə ƏSF-in icraçı direktoru Azad Cavadov «Əmanətlərin sığortalanması haqqında» qanuna əlavə və dəyişikliklərin edilməsi barədə qanun layihəsinin Milli Məclisdə qəbul edildiyini xatırladıb. A. Cavadovun sözlərinə görə, yeni qanun layihəsi yaxın bir neçə günə ölkə prezidenti tərəfindən imzalandıqdan sonra dərc edilməklə qüvvəyə minəcək.

Həmin dəyişikliklərə uyğun olaraq cəlb edildiyi günə qorunan əmanətlər üçün illik faiz dərəcəsinə olan həddin müəyyən edilməsi səlahiyyətləri ƏSF-nun Himayəçilik Şurasına verilib.

Bu dəyişikliklə bağlı yeni qanun qüvvəyə mindikdən sonra cəlb edildiyi günə qorunan əmanətlər üçün illik faiz dərəcəsinin həddinin müəyyən edilməsinin Azərbaycan Mərkəzi Bankının (AMB) uçot faiz dərəcəsindən asılılığı aradan qaldırılacaq və illik faiz dərəcəsi AMB ilə razılaşdırılmış formada ƏSF-in Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə ortalama illik faiz dərəcəsinə uyğun olaraq müəyyən ediləcək.

A. Cavadov bildirib ki, yeni qanuna əsasən, 2009-cu il yanvarın 1-dən sonra AMB-nin uçot dərəcəsinin 1,8 mislindən yuxarı faiz dərəcələri ilə, lakin Fondun Himayəçilik Şurasının AMB ilə razılaşdırdığı faiz dərəcəsinin yuxarı həddinədək olan faiz dərəcələri ilə cəlb edilmiş əmanətlər qorunan əmanətlər hesab ediləcək.

Bundan başqa, dəyişikliyə uyğun olaraq hər hansı iştirakçı bankda sığorta hadisəsi baş verərsə, sığortalanmış əmanətlər üzrə əmanətin 100%-i həcmində və maksimum 30 min manat məbləğində kompensasiya ala bilər.

Qeyd edək ki, kompensasiya məbləğinin 30 min manata çatdırılması MDB məkanında ən yüksək kompensasiya hesab olunur.

ƏSF 2007-ci il avqustun 13-dən fəaliyyətə başlayıb. Banklar tərəfindən quruma ödənilən birdəfəlik üzvlük haqqı isə 10 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR