Bank Of Baku

«AtaSığorta» şirkətinin Müşahidə Şurasının adı dəyişdirilib

«AtaSığorta» şirkətinin Müşahidə Şurasının adı dəyişdirilib
# 04 iyun 2009 12:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economisc. Azərbaycanın «AtaSığorta» Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının adı dəyişdirilərək Direktorlar Şurası olub.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, Müşahidə Şurasının adının dəyişdirilməsi ilə yanaşı, Şuranın sədri və üzləri də dəyişdirilib. Belə ki, Fərid Əsədov Cəmiyyətin Direktorlar Şurasının sədri, Ahmet Erentok və Adıgözəl Ağayev Şuranın üzvləri seçiliblər.

Bundan başqa, Tamerlan Hacıyev şirkətin İdarə Heyətinin sədri, Səbinə Babayeva və İsrail Qarayev sədrin müavinləri, Elçin Məmmədsaatov isə Təftiş Komissiyasının sədri təyin ediliblər.

Qeyd edək ki, Müşahidə Şurasının adının dəyişdirilməsi «Sığorta fəaliyyəti haqqında» qanununun tələblərinə uyğun olaraq həyata keçirilib.

Xatırladaq ki, təsisçisi «AtaHolding» Şirkətlər Qrupu olan «AtaSığorta» şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə şirkətin topladığı sığorta haqlarının həcmi 0,673 mln. manat, ödənişləri isə 0,117 mln. manat, nizamnamə kapitalı isə 2 mln. manat təşkil edib.

Hazırda şirkət 31 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR