Bank Of Baku

Azərbaycanın kommersiya bankları xaricdən cəlbetmələri davam etdirir

Azərbaycanın kommersiya bankları xaricdən cəlbetmələri davam etdirir
# 04 iyun 2009 12:39 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi 2009-cu ilin mayın 1-nə 1 938,1 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumatına görə, bu göstərici ötən il mayın əvvəlindən 917,3 mln. manat və ya 90% artıb. Ümumilikdə, ötən il və 2007-ci ildə kommersiya bankları xarici öhdəliklərin cəlb edilməsi sahəsində yüksək artımları ilə seçilib. Belə ki, 2007-ci ildə banklar öz xarici öhdəliklərini 2,4 dəfə, 2008-ci ildə isə 2,1 dəfə artırıb. Lakin dünya maliyyə böhranı ilə əlaqədar olaraq xarici maliyyə qurumların likvidliyin və kredit əməliyyatlarının kəskin azalması nəticəsində cari ilin əvvəlindən başlayaraq, Azərbaycan kommersiya banklarının xarici öhdəlikləri üzrə qalıqlarının tədricən azalması müşahidə olunub. Belə ki, yanvar-aprel ayları ərzində bankların xarici öhdəlikləri 110,4 mln. manat azalıb ki, bu da yanvar-mart aylarında bu göstəricinin 139,9 mln. manat azalması, apreldə isə 29,5 mln. manat artması nəticəsində baş verib. Beləliklə, aprel ayında Azərbaycan kommersiya banklarının xarici öhdəlikləri yenidən artmağa başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR