Bank Of Baku

Əmanətlərin Sığortalanması Fondunda qorunan əmanətlərin həcmi 1 097,698 mln. manata çatıb

Əmanətlərin Sığortalanması Fondunda qorunan əmanətlərin həcmi 1 097,698 mln. manata çatıb
# 04 iyun 2009 12:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) üzv olan banklarda fiziki şəxslərin əmanətləri cari ilin yanvar-mart aylarında 1 746,862 mln. manat, qorunan əmanətləri 1 097,698 mln. manat, qorunmayan əmanətçilərin əmanətləri isə 126,484 mln. manat olub.

«APA-Econmics»in məlumatına görə, bunu ƏSF-in icraçı direktoru Azad Cavadov bildirib.

A.Cavadovun sözlərinə görə, bu müddət ərzində fiziki şəxslərin qorunmayan əmanətləri 522,680 mln. manat təşkil edib.

Beləliklə, bu ilin birinci rübündə fiziki şəxslərin ümumi əmanətlərinin 63%-i qorunan əmanətlərin, 37%-i isə qorunmayan əmanətlərin payına düşüb.

Ötən ilin IV rübü ilə müqayisədə bu ilin I rübündə fiziki şəxslərin ümumi əmanətləri 35,605 mln. manat (2%) artıb, qorunan əmanətlərində isə 275,771 mln. manat (20%) azalma müşahidə olunub.

A. Cavadov bildirib ki, «Əmanətlərin sığortalanması haqqında» qanuna edilmiş dəyişikliklərin cari ilin yanvar ayının 1-dən cəlb edilmiş əmanətlərə tətbiq olunması ilə 2009-cu ilin birinci rübü üzrə göstərilmiş fiziki şəxslərin qorunan əmanətlərində artımın olması gözlənilir.

Xatırladaq ki, ƏSF 2007-ci il avqustun 13-dən fəaliyyətə başlayıb. Banklar tərəfindən quruma ödənilən birdəfəlik üzvlük haqqı isə 10 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR