Aşağıdakı cədvəldə ölkədəki bankların aktivlərinin artım tempi (2009-cu il aprel ayının 1-nə) barədə məlumat verilir:
Banklar |
İllik1 artım (%) | |
| ||
1 | Azərnəqliyyatbank | 135,9 |
2 | Paşa Bank | 121,2 |
3 | Nikoil Bank | 98,7 |
4 | Kredo Bank | 85,6 |
5 | Royal Bank | 82,2 |
6 | AccessBank | 62,7 |
7 | Xalg Bank | 51,7 |
8 | Para Bank | 46,5 |
9 | Bank Respublika | 40,5 |
10 | AtaBank | 40,3 |
11 | Kapital Bank | 35,6 |
12 | Yapı Kredi Bank Azerbaijan | 34,9 |
13 | Melli İran Bankı Bakı | 32,4 |
14 | NBCBank | 29,2 |
15 | Muğan Bank | 27,0 |
16 | Zamin Bank | 26,8 |
17 | Günay Bank | 25,7 |
18 | Azerdemiryolbank | 25,4 |
19 | Deka Bank | 24,3 |
20 | Texnika Bank | 22,1 |
21 | AGBank | 16,1 |
22 | Azər-Türk Bank | 14,9 |
23 | Bank of Azerbaijan | 14,8 |
24 | Turan Bank | 14,8 |
25 | Atrabank | 14,7 |
26 | Azərbaycan Beynəlxalq Bankı | 14,6 |
27 | Əmrahbank | 14,2 |
28 | Gəncə Bank | 12,4 |
29 | Kövsər Bank | 11,1 |
30 | Azərbaycan Kredit Bankı | 8,9 |
31 | United Credit Bank | 6,3 |
32 | Qafqaz İnkişaf Bankı | 0,5 |
33 | Bank of Baku | - 4,0 |
34 | Debut Bank | - 4,1 |
35 | Rabitabank | - 10,1 |
36 | UniBank | -10,4 |
37 | Bank Standard | - 18,4 |
38 | Bank Avrasiya | - 20,2 |
39 | Azərbaycan Sənaye Bankı | - 29,2 |
40 | Azfinansbank | - |
Cədvəldən göründüyü kimi, hazırda Azərbaycanda faktiki olaraq 46 bank kredit təşkilatı fəaliyyət göstərsə də, «APA-Economics»in renkinqində yalnız 40 bankın aktivləri əks olunub. Bu, digər bankların KİV-lə əməkdaşlıqdan imtina etməsi, maliyyə göstəricilərini təqdim etməməsi və digər subyektiv səbəblərlə bağlıdır.
Bankların aktivlər üzrə artım tempinə gəldikdə isə, yalnız «Azərnəqliyyatbank»ın aktivləri 136% artıb ( təxminən 2,4 dəfə artıb).
Ötən ilin müvafiq dövrün göstəricisi ilə müqayisədə daha iki bankın – «Paşa Bank»ın aktivləri 121,2%, «Nikoil» bankın aktivləri isə 98,7% artıb.
Digər 7 bankın artım tempi isə 50% dərəcəsindən yuxarı göstərilir. Qalan bankların göstəricisi isə, 50%-dən aşağıdır.
Renkinqdə Azərbaycanın dövlət bankı - Azərbaycan Beynəlxalq Bankı isə (ABB) 14,6% göstəricisi ilə 26-cı yerdə qərarlaşıb.
Qeyd edək ki, «Azfinansbank» Səhmdar Kommersiya Bankına (SKB) bank fəaliyyəti ilə bağlı lisenziya Azərbaycan Mərkəzi Bankı tərəfindən 2008-ci ilin noyabrın 30-da verilib. Bu ilin fevral ayından isə bank rəsmi fəaliyyətə başlayıb.