Bank Of Baku

Asiya İnkişaf Bankının məsləhətçiləri Azərbaycana gələcək

Asiya İnkişaf Bankının məsləhətçiləri Azərbaycana gələcək
# 05 iyun 2009 07:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində bankın məsləhətçiləri Azərbaycana səfər edəcək. AİB-dən «APA-Economics»ə verilən məlumata görə, iyunun 7-dən 11-dək AİB-in məsləhətçiləri Çan Fuk Senq (Chan Fook Seng) və Tesvin Çun (Eesvin Choon) Azərbaycanda səfərdə olacaq. Səfər çərçivəsində bankın CAREC üzrə məsləhətçiləri İqtisadi İnkişaf Nazirliyi, Dövlət Gömrük Komitəsi və Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Bakı ofsində görüşlər keçirəcək. Görüşlərdə əsas müzakirə predmeti Azərbaycan sərhədlərində «bir pəncərə» prinsipinin tətbiqinin davamlılığı olacaq.
Xatırladaq ki, CAREC AİB-in Mərkəzi Asiyada regional əməkdaşlığa dair dəstəklədiyi təşəbbüsdür və onun icrasına 1997-ci ildə başlanılıb. Hazırda bu proqram nəqliyyat, ticarət siyasəti və energetika sahələrini əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR