Bank Of Baku

Azərbaycan banklarının öhdəlikləri passivlərin 80%-ni təşkil edir

Azərbaycan banklarının öhdəlikləri passivlərin 80%-ni təşkil edir
# 05 iyun 2009 09:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının aktivləri cari ilin əvvəlindən 12,4% azalaraq 2009-cu il mayın 1-nə 8 999,16 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu həcmin əsas hissəsi banklar tərəfindən müştərilərə verilən kreditlərin payına düşür. Belə ki, aktivlərin strukturunda kreditlər 5 891,58 mln. manat (xüsusi çəkisi 65,47%), investisiyalar 696,4 mln. manat (7,74%), müxbir hesablar 603,43 mln. manat (6,71%), maliyyə sektoruna verilmiş kreditlər və depozitlər 494,98 mln. manat (6,5%), nağd vəsaitlər 389,98 mln. manat (4,33%) və digər aktivlər isə 922,8 mln. manat (10,25%) təşkil edir.
Öz növbəsində, passivlərin strukturunda 7 182,32 mln. manat həcmində və ya 79,81%-lik xüsusi çəkisi olan öhdəliklər üstünlük təşkil edir. Öhdəliklərin 3 345,53 mln. manatı müştərilər tərəfindən cəlb edilən depozitlərin, 3 040,24 mln. manatı isə maliyyə sektorundan alınmış kreditlər və depozitlərin payına düşür. Bankların məcmu kapitalının həcmi isə 1 816,84 mln. manata bərabər olub ki, bu da ümumi bank passivlərin 20,19%-ni təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR