Bank Of Baku

İlin əvvəlindən «Bakı Sığorta» şirkətinin daxilolmaları 1,282 mln. manata çatıb

İlin əvvəlindən «Bakı Sığorta» şirkətinin daxilolmaları 1,282 mln. manata çatıb
# 05 iyun 2009 09:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bakı Sığorta» şirkətinin cari ilin yanvar-aprel aylarında topladığı sığorta haqlarının həcmi 1,282 mln. manata çatıb.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, cari ilin ilk dörd ayında ən çox sığorta haqqı «Avtonəqliyyat vasitələrinin sığortası» (562,358 min manat), «Tibbi sığorta» (333,356 min manat) və «İcbari sığorta» (164,580 min manat) növləri üzrə toplanılıb.

Bu növlərin şirkətin məcmu daxilolmalarındakı payı müvafiq olaraq 43,9%, 26% və 12,8% təşkil edib.

Şirkətdən bildirilib ki, bu müddət ərzində şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi 2,5 dəfə artaraq 361,226 min manata çatıb.

Xatırladaq ki, əsas təsisçisi «Bank Respublika» (51%) olan «Bakı Sığorta» şirkəti 2007-ci ilin avqustundan fəaliyyət göstərir.

Cari ilin may ayının 1-nə şirkətin nizamnamə kapitalı 800 min manat təşkil edib. Şirkət 26 sığorta növü xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR