Bank Of Baku

Bakıda keçiriləcək Beynəlxalq Sığorta Forumu təxirə salınıb

Bakıda keçiriləcək Beynəlxalq Sığorta Forumu təxirə salınıb
# 05 iyun 2009 09:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu il iyul ayının 9-11-də Bakıda keçirilməsi nəzərdə tutulan növbəti Beynəlxalq Sığorta Forumu təxirə salınıb. Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Cəmil Məlikovun «APA-Economics»ə verdiyi məlumata görə, forumun təxirə salınmasına əsas səbəbi iyulun 9-da Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının Almaniyada keçiriləcək illik yığıncağıdır. Tədbirlərin keçirilmə vaxtı üst-üstə düşdüyündən belə bir qərar verilib.

C. Məlikov beynəlxalq forumun bu ilin payız aylarında keçiriləcəyini bildirib.

Qeyd edək, Beynəlxalq Sığorta Forumu hər il Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə keçirilir. Ötən il də Azərbaycanda belə bir tədbir keçirilib.

Bu il keçiriləcək konfrans isə «Qlobal tendensiyaların lokal bazarlara təsiri» mövzusunda təşkil olunacaq. Forumda dünyanın tanınmış sığorta və təkrarsığorta şirkətlərinin nümayəndələri iştirak edəcək.

Xatırladaq ki, konfransın keçirilməsində əsas məqsəd Azərbaycanın sığorta bazarını beynəlxalq səviyyədə tanıtmaq, dünyada sığorta sahəsindəki yeni məhsullar əldə etmək, o cümlədən Azərbaycan sığorta şirkətləri ilə beynəlxalq sığorta və təkrar sığorta şirkətləri arasında sıx əlaqə yaratmaqdır.

ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda 28 sığorta şirkəti qurumun üzvdür. Sığorta təşkilatların ödədiyi illik üzvlük haqqı isə 4 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR