Bank Of Baku

Azərbaycandakı bankların mənfəəti azalıb

Azərbaycandakı bankların mənfəəti azalıb
# 05 iyun 2009 09:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının 2009-cu ilin yanvar-aprel ayları ərzində əldə etdiyi vergi ödənilənədək mənfəətinin həcmi 115,35 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 6,73 mln. manat və ya 5,5% azalıb. Qeyd edək ki, cari ilin ilk dörd ayı ərzində bankların əldə etdiyi mənfəət aylar üzrə kəskin qeyri-mütənasib bölünür. Belə ki, yaranmış mənfəətin 55,31 mln. manatı yanvar ayına, 24,7 mln. manatı fevral ayına, 870 min manatı mart ayına, 34,47 mln. manatı isə aprel ayına düşür. Yanvar-aprelin yekunlarına görə, 32,16 mln. manat təşkil edən aktivlər üzrə xüsusi ehtiyatlara ayırmalar nəzərə alınmaqla, bankların cəmi mənfəətinin həcmi 147,51 mln. manata bərabər olub ki, bu da ötən ilin yanvar-aprel göstəricisi ilə müqayisədə 4,04 mln. manat və ya 2,8% çoxdur. Qeyd edək ki, son bir ildə aktivlər üzrə xüsusi ehtiyatlara ayırmalar 10,77 mln. manat və ya 1,5 dəfə artıb.
Hesabat dövrü ərzində bankların faiz gəlirləri 347,20 mln. manat, faiz xərcləri 152,86 mln. manat təşkil edib, nəticədə xalis faiz mənfəəti 194,34 mln. manat olub. Bundan əlavə, bankların qeyri-faiz gəliri 84,95 mln. manat, qeyri-faiz xərcləri isə 131,63 mln. manat təşkil edib ki, bunun da nəticəsində xalis qeyri-faiz zərəri 46,68 mln. manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvar-aprel üzrə xalis faiz mənfəəti 162,75 mln. manat, qeyri-faiz zərər isə 19,19 mln. manat olub.
Göründüyü kimi, il ərzində banklar faiz əməliyyatlarını daha gəlirli aparmağa nail olub, lakin eyni zamanda qeyri-faiz əməliyyatları üzrə zərərlilik daha kəskinləşib ki, bu da bank sistemi üçün müsbət göstərici deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR